“Bütün ölkələr qərarını verib, biz hələ gözləyirik- Biabırçılıqdır!”backend

“Bütün ölkələr qərarını verib, biz hələ gözləyirik- Biabırçılıqdır!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədris ilindən etibarən Türkiyənin ali təhsil ocaqlarında dərslər hibrid formada keçiriləcək. İxtisas fənnləri əyani, digərləri isə onlayn qaydada tədris ediləcək. Orta ümumtəhsil məktəblərində isə ənənəvi təhsil bərpa olunacaq. 

Azərbaycanda isə hələ də məktəb və universitetlərlə bağlı qərar qəbul edilməyib. Təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı müxtəlif mülahizələr dolaşır. Hər kəs hökumətin qərarını gözləyir.

Maraqlıdır, Azərbaycan da analoji təcrübədən yararlana bilərmi? Türkiyədə olduğu kimi, Azərbaycanda da hibrid təhsil sisteminə keçid mümkündürmü?

Tanınmış təhsil eksperti Ramal Şəmşədli qardaş ölkədə verilən qərarın yeganə çıxış yolu olmadığına diqqət çəkib:

“Onlayn dərslərin effekti çox aşağı olur. Şagird və tələbələr çox vaxt mövzuları qavraya bilmir, əzbərçiliyə üstünlük verirlər. Biz bu sistemə hazır deyildik. Bu gün də hazır deyilik.

Azərbaycanda elə fənnlər var ki, əyani, digərləri də distant formada tədris olunmalıdır. Belə olarsa, rayondan gələn tələbələr nə edəcək? Tələbə rayondan gəlib, kirayə ev tutub qalmalıdırlar. Valideyni də əziyyəti çəkir ki, uşağı təhsil alsın, oxuduğu ixtisas üzrə savadlı kadr olsun. Məzun olandan sonra da iş-güc sahibi oslun, özünə karyera qura bilsin. Sizcə belə dərs keçirilisə, təhsil tam sayılacaqmı? Bu mümkündürmü? Bu Türkiyədə normal ola bilər. Amma bizdə elə deyil”.

Ekspertin sözlərinə görə, biz özümüzü Türkiyə ilə müqayisə etməməliyik:

Türkiyədə universitetlərin, tələbələrin sayı Azərbaycandan daha çoxdur. Buradan qat-qat üstündür. Orada yoluxmanın qarşısını almaq üçün əsas dərslər əyani, bəziləri isə onlayn ola bilər. Biz özümüzü Türkiyə ilə müqayisə etməməliyik.

Bizdə həm universitet, həm də tələbə sayı azdır. Ona görə də təhsilin mütləq əyani olması şərtdir. Türkiyə qərar çıxarıb ki, tələbələr peyvənd olmalıdır. Eyni qərar bizdə də var. Tələbələrin vaksinasiyadan keçib-keçmədiyi yoxlanıldıqdan sonra onlar dərslərə buraxılmalıdır”.

R.Şəmşədli dərslərin distant formada keçilməsinin böyük problem yaratdığını söyləyib:

“Heç bir qərarın verilməməsi onu göstərir ki, bizdə dərslər əyani formatda olmayacaq. Olsa belə Türkiyədəki metod kimi olacaq. Bu da bizim üçün yenə də böyük problemdir.

Artıq sentyabrın 15-ə az vaxt qalıb. Biz bu sahədə çox geri qaldıq. Vaxtında qərar verilməli, valideynlər və tələbələr işlərini bilməli idi. Hazırda nəinki valideyn və şagirdlər, heç universitetlərdə müəllimlər heç nə edəcəklərini bilmirlər. Müəlimlər belə hazır deyil. Bu sahədə biabırçı vəziyyətə düşmüşük. Bütün ölkələr artıq qərarlarını veriblər. Biz hələ də gözləyirik.

Gec qaldıqlarına görə, hər halda bildikləri var. Belə başa düşürəm ki, dərslər əyani olmayacaq. Lakin biz əyani təhsilin tərəfdarıyıq. Sosial məsafə qorunmalı, auditoriyada oturma qaydaları pozulmadan hər kəs maska ilə dərsdə iştirak etməlidir. Gigiyenik qaydalara düzgün əməl edilməlidir. Dərslər mütləq əyani formada keçirilməlidir”.

//yenisabah.az

Loading...