Bütün Rusiyanın Patriarxı Kiril 1-ci dərəcəli Rusiya müsəlmanlarının “Əl-Fəxr” Şərəf ordeni ilə təltif edilibbackend

Bütün Rusiyanın Patriarxı Kiril 1-ci dərəcəli Rusiya müsəlmanlarının “Əl-Fəxr” Şərəf ordeni ilə təltif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Ravil Qaynutdin Moskva və Bütün Rusiyanın Patriarxı Kirili 1-ci dərəcəli “Əl-Fəxr” Şərəf ordeni ilə təltif edib.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidməti xəbər verir.

Təqdimat Rusiya Dinlərarası Şurasının iclasında baş tutub. “Əl-Fəxr” Şərəf ordeni Rusiya müsəlmanlarının ali mükafatıdır. Mükafatın təqdimatı zamanı Qaynutdin patriarxın Rus Pravoslav Kilsəsinin və müsəlman dünyasının dinlərarası əlaqələrinin möhkəmlənməsinə böyük şəxsi töhfəsini qeyd edib. O, Rusiyanın birliyinə xidmət edən çoxillik fəaliyyətini də vurğulayıb.

//Samir Qurbanov, Editor.az