“Bütün sahələrdə iflasa uğramış Ermənistan indi özünü daha çıxılmaz vəziyyətə salır”- Millət vəkilibackend

“Bütün sahələrdə iflasa uğramış Ermənistan indi özünü daha çıxılmaz vəziyyətə salır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan rəhbərliyi hər zaman ikilibaşlı siyasət yürüdüb. Rəsmi İrəvan hal-hazırda Rusiya, ABŞ, Avropa ilə ikiüzlü danışıqlar aparır. Lakin artıq böyük dünya siyasətində Ermənistanın mövqeyi qəbul edilmir. Çünki dünya düzənində yeni arxitektura qurulur və burada artıq dövlətlərin konkret siyasi mövqeyi, yeri müəyyənləşməlidir”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, hal-hazırda onsuz da bütün sahələrdə iflasa uğramış Ermənistan bu qeyri-stabil siyasi arientasiya ilə özünü daha çıxılmaz vəziyyətə salmış olur:

” Biz postmüharibə dövründə artıq dəfələrlə Ermənistanın sözdə bir, əməldə isə başqa cür hərəkətlərinin şahidi olmuşuq. Bununla bağlı ölkə başçısı, ölkə rəsmiləri hər zaman öz xəbərdarlıqlarını bildiriblər. Bunların heç biri Ermənistana fayda gətirməyəcək, əksinə rəsmi Bakının səbri artıq tükənmək üzrədir. 10 noyabr bəyanatının bütün müddəaları icra olunmalı, Zəngəzur dəhlizi açılmalı, iki ölkə arasındakı münasibətlər normallaşmalı, sülh müqaviləsi imzalanmalıdır. Bu, Azərbaycanın qəti mövqeyidir. Bu məsələlər həm Avropa İttifaqı Şurasının rəhbəri, həm də Rusiya Prezidenti ilə danışıqlarda öz əksini tapıb. Ona görə də ermənilərin belə təxribatları yalnız proseslərin uzadılması, vaxt qazanılmasına xidmət edir. Ancaq bu vaxt niyə qazanılır? Bu sualın cavabı heç Ermənistanın özünə də məlum deyil. Bunlar yalnız sülh yaratmaq prosesinə mane olan məsələlərdir. Hesab edirəm ki, bu təxribatların, qeyri-stabil siyasətin cavabı verilməlidir. Ermənistan rəhbərliyi baş verənləri yaxşı ölçüb-biçməli və ona uyğun davranmalıdır”.

//Gülnarə Abasova, Editor.az