Bütün sahibkarlara açıq Dünya Sahibkarlıq Kuboku Azərbaycandabackend

Bütün sahibkarlara açıq Dünya Sahibkarlıq Kuboku Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya Sahibkarlıq Kuboku 2021” (EWC – Entrepreneurship World Cup) üçün müraciətlərin qəbulu yekunlaşmışdır.

Editor.az xəbər verir ki, proqram sahibkarlara dünya səviyyəsində bizneslərini təqdim edərək 1 milyon ABŞ dolları məbləğində pul mükafatı fondu və əlavə investisiya imkanları qazanmaq, 750.000 ABŞ dolları həcmində qeyri-maddi dəstək əldə etmək şansı təqdim edir.

Azərbaycandan Müsabiqədə iştirak etmək üçün 100-ə yaxın startapçı və sahibkar qoşulub. Ətraflı məlumat müsabiqənin rəsmi veb-saytında və GEN Azərbaycan sosial şəbəkə hesablarında (www.facebook.com/genazerbaijan) mütəmadi olaraq yerləşdirilir.

Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən və ərizə formasını tam və dolğun dolduran hər bir sahibkar dərhal Google Cloud, Hubspot, Stripe və digər bu kimi qlobal tərəfdaşlardan ümumi dəyəri 25.000 ABŞ dolları olan qeyri-maddi dəstək paketi əldə edəcək. Hər bir müraciətçinin ərizəsi jüri tərəfindən qiymətləndiriləcək və ən yaxşı 12 biznes layihə Milli Finala vəsiqə qazanacaq.
Azərbaycan Milli Finalının 2021-ci ilin iyun-iyul aylarında təşkil olunması nəzərdə tutulur. Daha sonra Milli Finalın qalibləri “EWC Accelerates” proqramı çərçivəsində 6 həftəlik intensiv onlayn butkampda iştirak edəcək və beynəlxalq jüri tərəfindən seçilmiş 100 biznes layihəsi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində EWC Qlobal Finalında iştirak edəcək.

Dünya üzrə yüzlüyə düşmüş Milli Qalibimiz beynəlxalq tərəfdaşlar tərəfindən təqdim olunan 750.000 ABŞ dollar dəyərində Xidmətlər Paketi əldə edəcək. Dünya üzrə 1-ci yerin sahibi 500.000, ikinci yerin sahibi – 250.000, üçüncü yerin sahibi – 100.000 ABŞ dolları, kateqoriya qalibləri (ideya, erkən və böyümə mərhələləri üzrə) hər biri 50.000 ABŞ dolları məbləğində nağd pul mükafatı qazanacaq.

“Dünya Sahibkarlıq Kuboku” həyatı dəyişdirən mükafatların təqdim olunduğu qlobal bir yarışmadan daha artığıdır. Bu proqram sahibkarları öz təşəbbüslərini reallaşdırmaq üçün resurs və mənbələrlə təmin etməklə biznesin bütün mərhələlərdə yüksəlməsini təmin edir.

GEN Azerbaijan “Dünya Sahibkarlıq Kuboku”nun Azərbaycanda rəsmi təşkilatçısı olaraq ölkə miqyasında sahibkarların yeni biznesə başlanmasına və mövcud biznesini genişlənməyə köməklik etməyi hədəfləyir. GEN Azerbaijan missiyası ölkəmizdə sahibkarlığın və sahibkarlıq ekosisteminin inkişafına dəstək göstərməklə fərdlər və icmalar üçün iqtisadi imkanları genişləndirməkdir. GEN Azerbaijan GEN Global ailəsinin parçasıdır.
Qeyd edək ki, 2020-ci ildə Dünya Sahibkarlıq Kubokunun mərhələlərində 200-dən çox ölkədən 175.000 sahibkar iştirak etmişdir.