“Bütün təxribatların arxasında Rusiya dayanır”-AÇIQLAMAbackend

“Bütün təxribatların arxasında Rusiya dayanır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml sözçüsü Dmitri Peskov Azərbaycan və Ermənistan arasında sərhəddə olan gərginliklə bağlı açıqlamasında tərəfləri regionda sabitliyi qozmaqdan çəkinməyə çağırıb.
“Biz hər iki ölkəni gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırırıq”.
Rusiya tərəfinin belə açıqlama verməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya tərəfinin verdiyi açıqlama təxribat xarakterlidir:

“Rusiyanın niyyəti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmamasıdır. Dimitri Peskovun da bu açıqlaması xüsusi təxribatlara hesablanıb. Guya Azərbaycan və Ermənistan hər hansı müharibəyə hazırlaşır. Amma Vaşinqton şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə Ermənistan təxribatları, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə silahlı erməni birləşmələrinin  atəşkəsi pozduğunun şahidi olduq. Bütün baş verən təxribatların arxasında Rusiya dayanır. Rusiyanın əsas istəyi Vaşinqton və Brüsselin vasitəçiliyinin arxa plana çəkilməsi və Soçi görüşü fonunda danışıqlar prosesi aparılmasıdır. Rusiyaya regionda sabitlik lazım deyil. Sülhməramlıların Qarabağda fəaliyyəti də terrorizmi dəstəkləyən fəaliyyətdir. Ona görə də sülh prosesi üçün danışıqlar getdiyi bir vaxtda Peskov belə bir açıqlama verməklə bir növ guya regionda olan vəziyyətin şiddətlənməməsi üçün vasitəçilik irəli sürür. Ümumiyyətlə, hesab edirəm ki, Rusiya vasitəçiliyindən imtina olunmalıdır”.

//Safura Bənnayeva, Editor.az