Bütün Ukraynada hava hücumu xəbərdarlığı var: Kiyevdə partlayış səsləri eşidlirbackend

Bütün Ukraynada hava hücumu xəbərdarlığı var: Kiyevdə partlayış səsləri eşidlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindən verilən məlumata görə, bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib.

Onlayn xəritədə Sumi bölgəsində partlayışlar qeydə alınıb. Ukraynanın nəzarətində olan Zaporojye və Xerson vilayətlərində və Donetskdə də hava hücumu xəbərdarlığı elan edilib. Ukraynanın “Kanal 24” telekanalı Kiyevdə partlayışlar barədə məlumat yayıb.

“Public” nəşri bildirir ki, Ukrayna paytaxtında bir neçə partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir. Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisinə hər hansı hücum barədə məlumat verməyib.

//Samir Qurbanov, Editor.az