Bütün yollar İstanbula aparırbackend

Bütün yollar İstanbula aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, İstanbul Qara dəniz, eləcə də Ukrayna nizamlanması çərçivəsində danışıqların aparılması üçün əsas platforma statusu alıb: “İstanbul platforması Qara dəniz, Qara dəniz sazişi, taxıl sazişi, indi isə Rusiya-Ukrayna danışıqları ilə bağlı bütün sahələrdə danışıqların aparılması üçün əsas platformaya çevrilir”, – Sergey Şoyqu bildirib.

Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişlə görüşdə Sergey Şoyqu danışıqlar prosesinin təşkilinə görə Ankaraya minnətdarlığını bildirib, o cümlədən nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün şəraitin yaradılmasını qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Moskva ilə Ankara arasında dialoq müxtəlif sahələrdə dinamik inkişaf edir.

//Samir Qurbanov, Editor.az