“Buxarest sazişi Azərbaycana  nə vəd verir?”-Deputatdan AÇIQLAMAbackend

“Buxarest sazişi Azərbaycana  nə vəd verir?”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dekabrın 18-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu saziş Azərbaycanın regionda və Avropa İttifaqında yalnız ənənəvi enerji resurslarının ixracatı deyil, həm də innovativ və bərpa olunan enerji məhsullarını bazara çıxartmaq baxımından vacibdir:

“ Bu, Azərbaycanın Avropa İttifaqında enerji təhlükəsizliyindəki rolunu və töhfəsinin artırmasına imkan verəcək. Azərbaycanın son sazişdən sonra Avropa İttifaqına ixrac imkanları artacaq. Çünki Qara Dəniz dibindən xüsusi kabel çəkilməsi nəzərdə tutulur. Bu, Azərbaycan və Rumıniya arasında alternativ mənbədən əldə edilən enerji üzrə ixrac imkanlarıdır. Nəticədə Gürcüstan və Qara Dəniz vasitəsilə Azərbaycan alternativ mənbələrdən əldə etdiyi enerjini Avropa İttifaqına çıxarda biləcək. Bu ilin 10 ayında Azərbaycanda enerji istehsalı 4, alternativ mənbələrdən hasilat isə 5% artıb. Bu da nəticə etibarilə Azərbaycanın ixrac imkanlarının genişlənməsinə gətirib çıxardır. Yeni saziş bir tərəfdən Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir. Eyni zamanda, enerji ixracatı vasitəsilə ölkəyə daha çox valyutanın daxil olması üçün imkanları genişləndirir ”.
 
//Safura Bənnayeva, Editor.az