BVF: Neftin tavan qiyməti Rusiyanın gəlirlərini azaltmayacaqbackend

BVF: Neftin tavan qiyməti Rusiyanın gəlirlərini azaltmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dekabrın 5-də “G7” ölkələri, Avropa Birliyi və Avstraliya tərəfindən Rusiyanın dəniz neftinin ixracına 60 dollar/barel tavan qiymət qoyulub.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) neftin  tavan qiymətinin Rusiyanın gəlirlərini azaltmayacağını proqnozlaşdırıb.

Təcrübə, yük müəyyən edilmiş qiymətə və ya ondan aşağı alınmadığı halda, Qərb şirkətlərinə Rusiya neft daşımalarına sığorta və digər xidmətlər göstərməyi qadağan edir. Qiymət tavanı qəbul edilməzdən əvvəl Aİ Rusiya neftinin dəniz yolu ilə ixracına ayrıca embarqo qoyub.

“Böyük yeddilik tərəfindən müəyyən edilmiş hazırkı neftin tavan  qiymətinin Rusiya xam neftinin ixracına əhəmiyyətli dərəcədə təsir edəcəyi gözlənilmir, çünki Rusiya ticarəti sanksiyalar tətbiq edən ölkələrdən sanksiyaya məruz qalmayan ölkələrə yönəldilir”, – BVF bildirib.

Məlumat üçün bildirik ki, Rusiya xam neft axınının böyük hissəsini Asiya bazarlarına yönəldib. Rusiyanın təkcə Hindistana neft ixracının dekabr ayında 33 dəfə artdığı bildirilən hesabata görə, bu ölkə dəniz yolu ilə Çin, Hindistan və Türkiyəyə neft nəqlini inkişaf etmiş iqtisadiyyatlar hesabına artırıb. Məlumatlar həmçinin göstərir ki, Aİ-nin nəqliyyat və sığorta xidmətlərindən imtina etməsi ilə Rusiya neft yükləri minimal şəkildə pozulur. Rusiya nefti hazırda G7 tavan qiymətindən aşağı qiymətə satılır. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, dekabrın 15-dən yanvarın 14-dək Ural neft qarışığının orta qiyməti 46,82 dollar/barel və ya 341,8 dollar/ton olub.

//Gülnarə Abasova, Editor.az