Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmisi Gita Qopinat bəyan edib ki, Rusiya iqtisadiyyatı gözləniləndən daha yaxşı inkişaf edir.
Editor.az xəbər verir ki, bu barədə BVF-nin baş direktorunun birinci müavini Qopinat “Foreign Policy” jurnalına müsahibəsində bildirib.
eçən il Rusiya iqtisadiyyatının böyümə gözləntiləri ilə bağlı proqnozlarına görə BVF-nin tənqid edildiyinə diqqət çəkən səlahiyyətli, “Məncə, indi hər kəs bu rəqəmlərin etibarlı olduğunu qəbul edir”,- deyib.
Xatırladaq ki, yanvar ayında BVF-nin baş iqtisadçısı və tədqiqat direktoru Pierre-Olivier Gourinchas da Rusiya iqtisadiyyatının fondun proqnozlaşdırdığından daha yaxşı artım templəri göstərdiyini açıqlamışdı.
//Gülnarə Abasova, Editor.az

