BVF sədri Kristalina Georgiyeva: Rusiya iqtisadiyyatı bu il dərin tənəzzüllə üzləşəcəkbackend

BVF sədri Kristalina Georgiyeva: Rusiya iqtisadiyyatı bu il dərin tənəzzüllə üzləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna müharibəsi, Rusiyaya qarşı tətbiq edilən böyük sanksiyalar qlobal ticarətin daralmasına, ərzaq və enerji qiymətlərinin kəskin artmasına səbəb olacaq və BVF-ni gələn ay qlobal artım proqnozlarını azaltmağa məcbur edəcək”.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BVF-nin rəhbəri Kristalina Georgiyeva bildirib.

O, bildirib ki, BVF hazırda qlobal artımın 4,4 faiz artacağını proqnozlaşdırır:

“Ukraynaya hücumu ilə əlaqədar Rusiyaya qarşı görünməmiş sanksiyalar Rusiya iqtisadiyyatında qəfil daralmaya səbəb olub və Rusiya iqtisadiyyatı bu il dərin tənəzzüllə üzləşəcək. Georgieva onu da vurğulayıb ki, Rusiyanın borclarını ödəməməsi artıq qeyri-mümkün görünmür”.

Qeyd edək ki, BVF aprelin ortalarında Qlobal İqtisadi Görünüş hesabatını açıqlayacaq.

//Gülnarə Abasova, Editor.az