“Cəmiyyətlə dövlət ölkəmizdə İranın əlaltılarına qarşı birlikdə mübarizə aparmalıdır”-Politoloqdan AÇIQLAMAbackend

“Cəmiyyətlə dövlət ölkəmizdə İranın əlaltılarına qarşı birlikdə mübarizə aparmalıdır”-Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kimin necə dəyərləndirməsindən asılı olmayaraq fakt budur ki, Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirilib, daha iki nəfəri yaralanıb. Bu, birbaşa cinayətdir. Bu, Azərbaycanla diplomatik missiyaya qarşı törədilən qatı qanlı cinayətdir. Hadisənin başqa adı yoxdur”.

Bu fikirləri Editor.az-a “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, baş verən terror aktı İran hakimiyyəti tərəfindən araşdırılmalıdır:

” Çünki bu, birbaşa İran hakimiyyətinin beynəlxalq nüfuzuna çox ciddi zərbə vura bilər. 44 ildən öncə ABŞ səfirliyi, 7 il öncə Səudiyyə Ərəbistanının Məşhəddəki Konsulluğuna hücumdan sonra bu, müasir İranın diplomatik missiyaya qarşı törətdiyi üçüncü qanlı cinayətdir. Ona görə də hadisənin arxasında istər İran rəsmi dairələri, istər ona quyruq bulayanlar, istərsə də “5-ci kolon”u olsun, əsas günahkar və hadisənin məsuliyyətini daşıyan İran hakimiyyətidir. Digər tərəfdən İran hakimiyyətinin Azərbaycan ərazisindəki əlaltılarına qarşı Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti mübarizə aparır. Ancaq bu, o demək deyil ki, cəmiyyət bu məsələyə laqeyd yanaşmalıdır. Çünki bu yanlış yolda irəliləyən insanlar öz vətəninə, vətəndaşlarına xəyanət edirlər. Ötən dövrdə İran” 5-ci kolon”unun bir sıra üzvlərinin ifşa olunub tutulması, İran Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Nejatın ölkəyə girişinə qadağa qoyulması İran hakimiyyətinin əlaaltılarına, “5-ci kolon”a qarşı mübarizə nümunələrindəndir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti nəinki İran hakimiyyətinə casusluq edənlərə, eləcə də başqa dövlətlərin əlaltılarına qarşı ayıq olmalı, bu istiqamətdə öz qınaqlarını bildirməlidirlər. Cəmiyyət öz dövlətinə olan xəyanəti ciddi şəkildə qınamalıdır. Bu istiqamətdə mübarizənin başlıca yolu budur. Bundan başqa KİV, ölkənin ayrı qurumları cəmiyyəti maarifləndirməlidir ki, bu, daha məqsədəuyğun olar”.

//Gülnarə Abasova, Editor.az