Çağri Erhan: ABŞ və Britaniya Rəcəb Tayyib Ərdoğanın Vladimir Putin – Volodimir Zelenski görüşünü təşkil etməsini istəmirbackend

Çağri Erhan: ABŞ və Britaniya Rəcəb Tayyib Ərdoğanın Vladimir Putin – Volodimir Zelenski görüşünü təşkil etməsini istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ və Britaniya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş təşkil etmək səylərini dəstəkləmir.

Editor.az bildirir ki, bunu Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan deyib. Onun sözlərinə görə, “yalnız Ərdoğanın həm Putin, həm də Zelenski ilə əlaqəsi var” və buna görə də görüşü təşkil etmək üçün “metodlar tapa bilir.

Onlar (ABŞ və Böyük Britaniya) Zelenski və Putinin Ərdoğanla görüşməsini istəmirlər, birgə fotolarının ortaya çıxmasını istəmirlər. Onlar mümkün olan ən uzun müharibəni arzulayırlar, ukraynalıların gələcəyi haqqında düşünmürlər, sülh haqqında düşünmürlər”, – deyə Çağrı Erhan bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti 2022-ci ildən Putinlə Zelenski arasında görüş təşkil etməyi təklif edir. Oktyabr ayında Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putin olduğu müddətdə onunla gələcək danışıqların mümkünlüyünü istisna edən fərman imzalayıb. Fevral ayında Ərdoğan Türkiyənin Ukraynadakı münaqişənin həllinə mümkün töhfə verməyə hazır olduğunu bir daha bəyan etdi.

  //Samir Qurbanov, Editor.az