Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldıbackend

Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə meşə yanğınları səbəbindən Egey dənizini Mərmərə dənizi ilə birləşdirən Çanaqqala boğazından nəqliyyatın hərəkəti müvəqqəti olaraq qeyri-mümkün olub.

Editor.az bildirir ki, bu barədə yerli mətbuat xəbər verir. Boğaz cənubdan şimala doğru gəmilərin hərəkəti üçün bağlanıb, – TRT Haber bildirib.

Bundan əvvəl Türkiyənin şimal-qərbində yerləşən Çanaqqala vilayətində böyük meşə yanğını baş verib. Yanğınsöndürənlər alovu nəzarət altına ala biliblər.

//Samir Qurbanov, Editor.az