Türkiyənin Çanaqqala vilayətində meşə yanğınları davam edir, əhalinin təxliyəsi başlayıb.
Söhbət yanan ərazilərə ən yaxın yaşayış məntəqələrinin sakinlərindən gedir. “736 yerli sakin ehtiyat tədbiri olaraq təxliyyə edilib.
Dörd yerli sakinin xəsarət aldığı məlum olub. Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaqlı Çanaqqalaya gedib”.
Editor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmisi Fahrettin Altun deyib. Onun sözlərinə gerə nazir hadisə yerinə gəldikdən sonra yanğın zonasının yaxınlığında yerləşən xəstəxananın tamamilə boşaldılması ilə bağlı yayılan xəbərləri təkzib edib. “Ümumilikdə 9 kənd boşaldılıb.
Yanğın 1500 hektar ərazini əhatə edib. 14 nəfər Çanaqqala Dövlət Xəstəxanasından digər tibb müəssisələrinə köçürülüb. Ümumilikdə orada 150 xəstə qalıb.
60 təcili yardım maşını hazır vəziyyətdə saxlayırıq. Təhdid yoxdur, lakin ehtiyat tədbirləri görülür”, – Yumaqlı deyib. Hazırda yanğınla mübarizədə 1,3 mindən çox insan iştirak edir. Bir gün əvvəl baş verən yanğına görə Çanaqqala boğazı da bağlanmışdı.
//Samir Qurbanov, Editor.az