Canavarlar Türmədərəyə hücum etdi, son anda…backend

Canavarlar Türmədərəyə hücum etdi, son anda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu rayonunun Yenilik kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara sürüsü canavarların hücumuna məruz qalıb.

Editor.az xəbər verir ki, hadisə kəndin dağlıq ərazisindəki Türmədərə adlanan yerdə baş verib. Kənd sakinlərin naxırını otaran Samir Musayev 4 canavarın mal-qaraya hücum etdiyini görüb. O, canavarları ərazidən qovmağa müvəffəq olub.

Qeyd edək ki, canavarların hücumuna məruz qalan mal-qara kənd sakini Orxan Karmukova məxsus olub. Kənd sakinlərinin sözlərinə görə, analoji hadisə dəfələrlə baş verib. (“Report”)