Rusiyanın Birinci kanalının teleaparıcısı Yekaterina Andreevanın əyləşdiyi stul veriliş zamanı sınıb.
Hadisə oktyabrın 12-də baş verib.
Baş verənlərə baxmayaraq, Andreeva özünü toparlaya bilib və bir saniyə belə dayanmadan mətni oxumağa davam edib.
Aparıcının yıxılmasının görüntüsü sosial şəbəkələrdə yayılıb.
Musavat.com