ABŞ prezidenti Co Baydenin Filadelfiyada çıxışı dinləyicilərdən birinin ədəbsiz qışqırıqları ilə müşayiət olunub.
Editor.az bildirir ki, bu barədə “New York Post” məlumat yayıb. Məlumata görə, sentyabrın 2-də Prezident Baydenin Filadelfiyadakı çıxışı Donald Trampı tənqid etdiyi üçün təhqiramiz sözlər və ifadələrə məruz qaldığından dəfələrlə kəsilib.
“Hansısa aktivistin ədəbsiz “mesajları” o qədər aydın və yüksək səslə eşidilib ki, “təkcə Bayden deyil, Ağ Evin rəsmi yayımını izləyən hər kəs bunu eşidib”- , deyə nəşr yazıb.
Bundan əvvəl amerikalılar Baydenin ABŞ iqtisadiyyatının uğurları ilə bağlı fikirlərini də tənqidlə qarşılamışdılar. Səudiyyə Ərəbistanına səfərindən sonra Amerika liderini hətta təlxəklə müqayisə etmişdilər.
//Samir,Editor.az

