Canlı qüvvə problemini Ukrayna özü həll etməlidir – NATO-nun baş katibi Yens Stoltenberqbackend

Canlı qüvvə problemini Ukrayna özü həll etməlidir – NATO-nun baş katibi Yens Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbi personalı səfərbər etmək üçün lazım olan qərarları müstəqil şəkildə qəbul edə biləcək.

Editor.az bildirir ki, nunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, müttəfiqlərin Ukrayna Silahlı Qüvvələrinin sıralarının artırılmasına necə kömək etmək niyyətində olduqları sualına belə cavab verib.

Stoltenberqin sözlərinə görə, Ukraynanın tərəfdaşları lazımi silahları təmin etməli və təchizatını maksimum dərəcədə artırmalıdır: “NATO müttəfiqləri hazırda təmin etdiklərindən daha çox dəstək verməklə bu vasitələri təmin edə bilərlər. Canlı qüvvəyə gəldikdə isə, Ukrayna bunu özü təmin etməlidir.

O, hərbi xidmətə çağırış yaşını artıran yeni qanun qəbul edib. Mən əminəm ki, Ukrayna lazımi sayda insanı səfərbər etmək üçün lazımi qərarlar qəbul edəcək”, – deyə Stoltenberq G7 xarici işlər nazirlərinin görüşündən əvvəl verdiyi bəyanatda bildirib. Yens Stoltenberq qeyd edib ki, NATO ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağa çalışır.

Xüsusilə alyans üzvləri Ukrayna hakimiyyətinin tələbi ilə “Patriot” zenit-raket komplekslərinin göndərilməsi üzərində işləyirlər. “Biz müttəfiqlərlə işləyirik ki, onlar bəzi sistemlərini Ukraynaya yerləşdirsinlər. Almaniya artıq qərar verib və müdafiə sistemlərinin yerləşdirilməsini maliyyələşdirmək üçün vəsaiti səfərbər etmək yollarını tapıb”, – NATO-nun baş katibi deyib.

//Samir Qurbanov, Editor.az