Amerikanın KREM xəbər kanalının izləyicilərinə efirdə təsadüfən pornoqrafik video göstərilib.
Editor.az xəbər verir ki, insident barədə Daily Mail nəşri məlumat yayıb. Hava proqnozu zamanı erotik video nümayiş olunub. Video proqramın aparıcısı, meteoroloq Mişel Bossun arxasında yerləşən ekranda bir neçə saniyə görünüb. Qadının onu fərq etmədiyi və verilişi aparmağa davam etdiyi qeyd edilir.
Kanalın nümayəndələri tamaşaçılardan üzr istəyiblər. “Biz bunun bir daha təkrarlanmaması üçün çox çalışırıq” deyiblər. Yerli polis hadisənin təfərrüatlarının araşdırıldığını bildirib. Hüquq-mühafizə orqanları videonun ekranda necə göründüyünü və onun yayımında kimin iştirak etdiyini öyrənmək niyyətindədir.
milli.az



