Canlı yayımda Ərdoğanın halı pisləşdi— VİDEObackend

Canlı yayımda Ərdoğanın halı pisləşdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziyada canlı yayım zamanı halı pisləşib.

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT World” televiziyası məlumat yayıb. Məlumata görə, çərşənbə axşamı Türkiyə lideri mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində üç təşviqat çıxışı edib.

O, iş gününü “Ülke TV” və “Kanal 7”yə birgə canlı müsahibə ilə bitirməli idi. Lakin iş qrafiki gərgin olduğundan Ərdoğanın televiziyaya çıxışı planlaşdırılan vaxtdan bir saat yarım gec başlayıb və verilişin başlanmasından 10 dəqiqə sonra sual zamanı kəsilib.

10 dəqiq sonra canlı yayım davam edib və Ərdoğan özünü pis hiss etdiyi üçün üzr istəyib: “Dünən və bu gün ağır günlər olub. Ona görə də mədə qripinə yoluxdum”, – prezident deyib. Bundan sonra Türkiyə lideri canlı yayımı bitirməzdən əvvəl daha bir neçə sualı cavablandırıb. Qeyd edək ki, 1994-cü ildə İstanbul bələdiyyə sədri seçilməsindən sonra 69 yaşlı Ərdoğan heç bir rəqibinə seçkidə uduzmayıb. Ümumilikdə, o, bütün karyerası ərzində cəmi iki dəfə – ilk iki kampaniyası zamanı – 1980-ci illərdə məğlub olub.

  //Samir Qurbanov,Editor.az