Türkiyədə bir tamaşaçı canlı efirə zəng edərək ərini aldatdığını etiraf edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bəyaz TVdə Nur Viralın aparıcılığını etdiyi “Hayatta her şey var” proqramında baş verib.
Belə ki, canlı yayıma zəng edən gənc qadın ərinə xəyanət etdiyini deyib.
Aparıcı “Mən evliyəm. Beş yaşında qızım var. Ərimi tez-tez aldadıram. Özüm baxımlı xanımam, ərimlə bərabər olmaq istəmirəm. Başqaları diqqətimi çəkir” – deyən qadının sözünü yarımçıq kəsərək, onu canlı yayımdan qovub.
Tamaşaçıya sərt reaksiya verən Nur Viral “Sən bizi dolamısan? Bu nədir?! Biz burada dərd dinləyirik. Utanmadan zəng edib nə deyir. O qədər dərdi olan adamlar var. Əsəbdən səsim titrəyir. Hamınızdan üzr istəyirəm”.
Həmin görüntüləri təqdim edirik:

