Canlı yayımda şok – 30 yaşlı müğənni bloqerin restoranında öldü – FOTObackend

Canlı yayımda şok – 30 yaşlı müğənni bloqerin restoranında öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni səhnədə can verib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, 30 yaşlı Pedro Henrique adlı ifaçı Braziliyada Lôise Abreu adlı influenser üçün qapalı konsert verərkən səhnədə halı pisləşib və yıxılıb.

Onun çıxışı sosial şəbəkədə canlı yayımlanıb. Anidən huşunu itirən ifaçı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan bildirilib ki, müğənni ürəktutmadan vəfat edib.