Canlı yayında FETÖ-çu futbolçunun adını çəkdi, efirdən uzaqlaşdırıldı-VİDEObackend

Canlı yayında FETÖ-çu futbolçunun adını çəkdi, efirdən uzaqlaşdırıldı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Dünya Kubokunun yayımçısı olan TRT-də F qrupunda oynanan Kanada-Mərakeş oyunun şərhi zamanı yaşanan hadisə ölkənin gündəminə düşüb.

Editor.az xəbər verir ki, Kanada-Mərakeş matçında TRT-nin aparıcısı Alper Bakırcıgil 4-cü dəqiqədə qol vurulduqdan sonra hazırda axtarışda olan FETÖ-çu futbolçu Hakan Şükürün adını çəkib.

Aparıcı Alper Bakırcıgil deyib ki, dünya çempionatı tarixinin ən erkən qolu Hakan Şükür tərəfindən vurulub: “Xatırladaq ki, dünya çempionatının ən sürətli qolunu Hakan Şükür vurub”.

Bu sözlərindən sonra oyunun ikinci hissəsində aparıcı efirdən çıxarılıb və onu digər diktor Cüneyt Kıran əvəz edib.

//Samir Qurbanov, Editor.az