Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib.
Editor.az Fövqəladə Hallar Xidmətinin sözçüsü Robert Mulaudziyə istinadən bildirir ki, azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb. İdarə nümayəndəsinin sözlərinə görə, yanğın evsizlərin yaşadığı “qeyri-rəsmi qəsəbə”də baş verib.
Bu da axtarış əməliyyatını çətinləşdirir. Şahidlərin sözlərinə görə, binada 200-ə yaxın insanın olma ehtimalı var. Sağ qalanlar yüngül xəsarətlər alıblar. Lakin yanmış binada hələ də insanlar ola bilər, – Mulaudzi qeyd edib. Ölənlər arasında ən azı bir uşaq da var.
Qeyd edək ki, yanğın yerli vaxtla saat 1:30-da baş verib. Yanğınsöndürənlər gələn kimi insanları təxliyə ediblər. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi dəqiqləşdirilməyib. Səlahiyyətlilər yanğının böyük ölçüdə söndürüldüyünü, lakin hələ də pəncərələrdən tüstü çıxdığını bildiriblər.
//Samir Qurbanov, Editor.az