Cavan Zeynallının həyat yoldaşı ilbizdən vəfat edib? – VİDEObackend

Cavan Zeynallının həyat yoldaşı ilbizdən vəfat edib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Cavan Zeynallı aylar əvvəl dünyasını dəyişən həyat yoldaşı Röya Zeynalovadan danışıb.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, cazmen qonaq olduğu “Günün sədası” verilişində xanımının beş ay yataq xəstəsi olduğunu açıqlayıb.
C.Zeynallı bildirib ki, xanımı beş müxtəlif xəstəxanalarda müalicə alsa da, heç bir nəticə verməyib:

“Röya 5 ay xəstəxanalar gəzdi. Mən də onunla qalırdım xəstəxanada. Həkimlər dedi ki, bir az keçsin, oturacaq. Nə gəzirdi, nə otururdu. 5 ay uzanıqlı vəziyyətdə qaldı. 3-cü ayda başqa xəstəxanaya apardım, dedilər ki, 3 ay keçəcək arabadan düşüb gəzə biləcək. Bu xəbərə elə sevindim ki… Onu apardım gəzdirdim.
Sevindim ki, aylar sonra həyat gördü. Amma yenə də uzanırdı. Röya xəstəxanada yox, evdə qalmaq istəyirdi. Gətirdik evə. Daha sonra həkimlər evə gəlirdilər, müalicə, masaj edirdilər. Röya çox az yemək yeyirdi”.

Proqramın aparıcısı Nanə Ağamalıyeva sənətkarın xanımının vəfat etməsini bədəninə ilbiz qoyulması ilə əlaqələndirib:

“Röya xanım sağlam bir insan idi. Bu, el arasında yayılan və bilinən üsuldur. Amma Röya xanımda ilbiz düzgün yerə qoyulmayıb və fəsadla nəticələnib. Problem həddindən artıq çox böyüyüb. Düzgün müalicə aparılıb, aparılmayıb bilmirəm”.
Nanənin bu fikirlərinə isə C.Zeynallı “Efirdəyik, evdə olsaydıq danışardım. İndi bizə milyonlarla insan baxır, olmaz. Çox şey ürəyimdədir” cavabını verib.