Cavanşir Paşazadə: “Azərbaycanın böyük qələbəsi bəzi radikal müxalif qüvvələri narahat edir”backend

Cavanşir Paşazadə: “Azərbaycanın böyük qələbəsi bəzi radikal müxalif qüvvələri narahat edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Xarici düşmənlər kimi daxildə də bəzi radikal müxalif qüvvələr var ki, Azərbaycanın böyük qələbəsi onları da narahat edir’’.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Millət vəkili bildirib ki, müharibədən əvvəl  Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər partiyalar da birgə mövqedən çıxış edərək Prezident İlham Əliyevin  apardığı uğurlu siyasəti dəstəklədilər : “Bəzi müxalif partiyalar isə bu dönəmdə qarayaxmalarla məşğul idi. Lakin göründüyü kimi, xalq onları qəbul etmədi. Bugün həmin qüvvələrin xalqın içərisində heç bir nüfuzu yoxdur. Onların etimad limiti tükənib. Onların yalnız bir vəzifəsi var: xaricdə yaşayan düşmənlərimizin sözlərini təkrarlamaqla xalq içərisində təşviş yaratmaq”.

Cavanşir Paşazadə əlavə edib ki, Ali Baş Komandan  İlham Əliyevin apardığı xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə hesablanıb: “Dünya azərbaycanlılarının birliyi gələcəkdə Azərbaycana daha böyük uğurla vəd edir”.

Gülnarə Abasova, Editor.az