“Türkiyənin S-400 sisteminə malik olması ilə bağlı narahatlığımızı çox açıq şəkildə ifadə etdik. Biz S-400 sisteminin F-35 proqramına uyğun olduğuna inanmırıq”.
Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price mətbuat konfransında deyib.
Mətbuat konfransında Prays xarici işlər naziri Mövlud Çavuşoğlunun mayın 18-də ABŞ-a səfəri zamanı müzakirə ediləcək əsas gündəm mövzularına da toxunub. Türkiyənin mühüm NATO müttəfiqi olduğunu bildirən Prays ABŞ dövlət katibi Antoni Blinken və Çavuşoğlunun mütəmadi məsləhətləşmələr apardığını bildirib.
Qeyd edək ki, Çavuşoğlu aprelin əvvəlində Brüsseldə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Blinkenin onu mayın 18-də Vaşinqtona dəvət etdiyini və bu səfər zamanı döyüş təyyarələrinin modernləşdirilməsi, yenilərinin satışı da daxil olmaqla, bir çox gündəm mövzusunun müzakirə ediləcəyini bildirib.
//Gülnarə Abasova, Editor.az

