Çavuşoğlu Azərbaycan-Ermənistan münasibətlərindən danışdıbackend

Çavuşoğlu Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam yaradılması istiqamətində addımlar atılır.

“Birgə Sərhəd Komissiyasının yaradılması, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır. Biz bu prosesləri dəstəkləyirik. Cənubi Qafqazın rihafı üçün hər kəsin bir-biri ilə olan münasibətləri normallaşmalıdır”- deyə M.Çavuşoğlu əlavə edib.