Çavuşoğlu: “Azərbaycandan gələn həkim qrupu Kahramanmaraşda çoxlu sayda vətəndaşımızı müayinə edib”backend

Çavuşoğlu: “Azərbaycandan gələn həkim qrupu Kahramanmaraşda çoxlu sayda vətəndaşımızı müayinə edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin tapşırığı ilə göndərilən təcili tibbi yardım qrupu da Kahramanmaraşda zəlzələ baş verən ərazidədir. Səhra xəstəxanası quruldu. Bir az öncə onları da ziyarət etdik”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

“40-dan çox personal, həkimindən tibb bacısına kimi bütün tibbi avadanlıqlara birgə xidmət göstərir. Bu günə çox sayda vətəndaşımızı müayinə ediblər. İndi ən vacib ehtiyacımız olan şey çadır, konteyner və onlarda işlədiləcək ləvazimatlardır”, – deyə nazir əlavə edib.