Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda qurulacaq yeni hökumətlə əlaqələrdə beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət edəcəklərini söyləyib.
Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Həqiqətən əhatəli bir hökumətin qurulub qurulmayacağını görmək lazımdır. Beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət edəcəyik “deyən Çavuşoğlu, müxtəlif yollarla Talibanla danışıqlar apardıqlarını bildirib.
Çavuşoğlu Əfqanıstanda təxminən 1500 Türk vətəndaşının olduğunu, ancaq bu insanların bəzilərinin Türkiyəyə dönmək istəmədiklərini söyləyib:
“Həm Kabul, həm də Doha ilə əlaqələrimiz var və olmalıdır. Hal -hazırda Dr Abdullah, Hekmatyar və keçmiş prezident Kərzai və digərlərinin daxil olduğu hökumət qurmaq üçün danışıqlara başlayıb. İndi onların əsas prioriteti budur. ”
//Gülnarə Abasova, Editor.az

