Çavuşoğlu Kiyevin “Bayraqdar”la zərbəsini şərh etdibackend

Çavuşoğlu Kiyevin “Bayraqdar”la zərbəsini şərh etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir ölkə bizdən, başqa ölkədən silah alırsa, o silahı Türkiyə, Rusiya və ya Ukrayna silahı adlandırmaq olmaz.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı müxbirin Donbasda Türkiyə istehsalı olan PUA-nın istifadəsi ilə bağlı sualına cavabında deyib.

“Əgər bir ölkə bizdən silah alırsa, o artıq Türkiyənin deyil. Ola bilsin ki, Türkiyədə istehsal olunub, ancaq Ukraynaya məxsusdur. Bunun üçün Türkiyəni qınamaq olmaz”, – deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun Donbasda “Bayraqdar”dan ilk dəfə istifadə edərək, haubitsanı məhv etməsi Rusiyanın ciddi etirazına səbəb olub.