Çavuşoğlu portuqaliyalı həmkarı ilə Azərbaycan və Ermənistan barədə müzakirələr aparıb – VİDEObackend

Çavuşoğlu portuqaliyalı həmkarı ilə Azərbaycan və Ermənistan barədə müzakirələr aparıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bu barədə M.Çavuşoğlu Ankarada J.Klavinyo ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Görüşdə həmçinin Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan, Ankara və İrəvan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı. Cənubi Qafqazın sabitliyi və son proseslər barədə danışdıq”, – deyə Çavuşoğlu bildirib.

O, həmçinin regional məsələləri də müzakirə etdiklərini əlavə edib.

“Ukraynada davam edən müharibəni, İsveç və Finlandiyanın NATO-ya müraciət prosesini qiymətləndirdik”, – deyə nazir qeyd edib.