Çavuşoğlu Soçidə Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyini müzakirə edəcəkbackend

Çavuşoğlu Soçidə Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyini müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regional məsələlərdə fərqli tərəflərdə olsaq da Rusiya ilə bir çox sahədə əməkdaşlığımız var”.

“TRT Haber”in məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu kosovolu həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O, Rusiya səfəri çərçivəsində müzakirə ediləcək mövzulara da toxunub:

“Suriyada fərqli tərəflərdəyik ancaq Astana prosesi ilə başlayan əməkdaşlığımız davam edir. Liviyada da fərqli tərəflərdəyik, ancaq atəşkəsin davamlı olması üçün Rusiya ilə yüksək səviyyədə fəaliyyətimizi sizlərlə bölüşdük. Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcəyik. Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bu mövzu ətrafında da gələcəkdə atılacaq addımları müzakirə edəcəyik”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək.