Çavuşoğlundan CƏSARƏTLİ AÇIQLAMA: “Türkiyə qlobal gücdür, BMT isə…”backend

Çavuşoğlundan CƏSARƏTLİ AÇIQLAMA: “Türkiyə qlobal gücdür, BMT isə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər yanğın ətrafımızdadırsa, onu söndürmək hər kəsdən əvvəl bizim borcumuzdur. Çünki biz Türkiyə olaraq artıq regional güc deyilik. Türkiyə artıq qlobal bir gücdür”

Bunu Sinop Qubernatorluğuna səfərdən dönən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin təşəbbüskar və humanitar xarici siyasət yürütdüyünü vurğulayan Çavuşoğlu deyib:

“Həm meydanda, həm də masa arxasında hazır olmalıyıq. Sadəcə meydanda və masa arxasında olmaq kifayət deyil, meydanda və masa arxasında güclü olmalıyıq. Söz sahibi olmaq üçün, masa arxasında və meydanda güclü olmaq üçün ölkə və millət olaraq da güclü olmalıyıq. Bir və bərabər olmağımız lazımdır. Bizim bütün məqsədimiz budur”.

“Prezidentimiz deyir ki, dünya 5-dən böyükdür. Niyə? Çünki qurulan sistemlər, xüsusən də BMT müharibələrin qarşısını ala bilmir. Başlanmış müharibələri dayandıra bilmir. İnsanların gözləntilərinə çarə tapa bilmir. Hətta pandemiya zamanı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üç ay sonra bir qərar verdi. Bu, hamının ortaq olduğu bir məsələdir və heç kim fərqli düşünmür. Amma bu sistemi dəyişmək istəyəndə həll yollarını da gətiririk. Bizim heç kimə qarşı kinimiz yoxdur. Biz deyirik ki, gəlin daha ədalətli dünya üçün çalışaq. Amma biz oturub bu sistemin dəyişməsini gözləyə bilmərik. Çünki yanğın bizim yanımızdadır. Münaqişələrin, müharibələrin 60 faizi bizim coğrafiyamızdadır. Bizim cənubumuzda, şimalımızda, şərqimizdə, qərbimizdə, Balkanlarda, Qafqazda, Suriyada, Yəməndə, Liviyada, hər yerdə… İndi də Ukraynada. Gürcüstanın da sərhəd bütövlüyü və ərazi bütövlüyü ilə bağlı problemləri var. Amma biz bütün qonşularımızın ərazi bütövlüyünü dəstəkləyirik. Yanğın ətrafımızdadırsa, onu söndürmək hamıdan əvvəl bizim borcumuzdur. Çünki biz Türkiyə olaraq artıq regional güc deyilik. Türkiyə artıq qlobal gücdür”, – Nazir bəyan edib.

Publika.az