Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı olub.
Editor.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı ABŞ-ın yeni rəhbərliyi ilə qarşılıqlı hörmət əsasında açıq və səmimi dialoqun inkişaf etdirilməsi barədə razılaşma əldə edilib.
Məlumata əsasən, tərəflər həmçinin FETÖ, PKK, terrorizmlə mübarizə, S-400, Suriya, Şərqi Aralıq dənizi məsələlərini də müzakirə ediblər.

