Çayı təmizləmək istədilər, 11 tələbə boğuldubackend

Çayı təmizləmək istədilər, 11 tələbə boğuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İndoneziyanın qərbi Cava bölgəsində çay təmizləmə işlərinə qatılan 11 tələbə boğuldu. 
“Cileueur” çayını təmizləmə işləri faciə ilə nəticələnib. Aidiyyəti qurumlar çay təmizləmə işlərinə qatılan 150 tələbənin 21-nin suya düşdüyü barədə məlumat verib. Sakinlər və xilasetmə qrupu 10 tələbəni sudan çıxarmağı bacarıb, 11-i isə həyatını itirib.
 Bandunq və Axtarış Xilasetmə İdarəsindən Deden Ridvanşah bildirib ki, hava yaxşı idi və ani bir sel olmadı:
“Boğulan tələbələr bir-birinin əllərindən tuturdu. Biri sürüşdü, digərləri də arxasıyca düşdü”.
sherg.az