Döyüş bölgələrdən birində – Tavriyada 3 həftə ərzində 80-ə yaxın rus işğalçısı təslim olub.
Editor.az “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavskinin Teleqramında verilən məlumata istinadən bildirir ki, son 24 saat ərzində daha bir neçə işğalçı “mübadilə fondu”nu doldurub.
“Qeyd edək ki, 3 həftə ərzində Tavriya istiqamətində 80-ə yaxın düşmən hərbçisi bu seçimi edib”, – o qeyd edib. Tarnavski bildirib ki, bu istiqamətdə işğalçıların aktiv piyada hücumları davam edir – bir gündə 37 hərbi toqquşma baş verib. Düşmən 429 canlı qüvvə və 21 hərbi texnika itirib. Düşmən aviasiyasının fəaliyyəti aşağı səviyyədədir və gündə yalnız 7 hava zərbəsi qeydə alınıb.
//Samir Qurbanov, Editor.az

