Cəbhənin üç istiqamətində vəziyyət gərgindir – Ukrayna Ordusunun Baş Qərargahıbackend

Cəbhənin üç istiqamətində vəziyyət gərgindir – Ukrayna Ordusunun Baş Qərargahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ordusunun Baş Qərargahı cəbhənin Kramatorsk, Kuraxovski və Pokrovski istiqamətlərində çox gərgin vəziyyətin yarandığını bəyan edib.

Xarkov istiqamətində isə Ukrayna Silahlı Qüvvələri müdafiə mövqelərinin möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirir. “Pokrovski istiqamətində gərgin vəziyyət qalmaqdadır. Düşmən Ukrayna müdafiəçilərinin Evgenivka, Novoaleksandrivka, Novopokrovski, Yasnobrodovka, Umanski və Karlovka yaxınlığındakı döyüş birləşmələrini sıxmağa 21 dəfə cəhd edib. 19 hücum dəf edilib.

Novoaleksandrivka və Novopokrovskoye yaxınlığında da toqquşmalar davam edir”, – Ukrayna Baş Qərargahının Telegram kanalında deyilir. Bir gün əvvəl, iyunun 10-da Rusiya Müdafiə Nazirliyi “Vostok” qoşun qruplaşmasının bölmələrinin Staromayorskoye kəndini işğal etdiyini bildirib.

Rusiya qoşunları gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 12 əks-hücumunu dəf edib ki, onlardan yeddisi Xarkov istiqamətində olub. Rusiya Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini, həmçinin 51 PUA, yeddi HIMARS və Hurricane mərmisi, dörd Hammer və JDAM bombası, iki HARM raketi və bir Neptun raketini vurub.

//Samir Qurbanov, Editor.az