“Cəbrayıl və Zəngilanda artıq hər gün daha da yüksələn həyat şəraiti var” – Millət vəkilibackend

“Cəbrayıl və Zəngilanda artıq hər gün daha da yüksələn həyat şəraiti var” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanalları rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər Zəngilan və Cəbrayıla səfər ediblər.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev səfərlə bağlı təəssüratlarını Editor.az-a bölüşüb. O bildirib ki, növbəti dəfə işğaldan azad olunmuş Cəbrayılı və Zəngilanı ziyarət etmək son dərəcə xoş və qürurvericidir:

“Həqiqətən də, bu hiss tam başqa hissdir. Hər dəfəsində gördüyümüz mənzərə sözlə ifadə edilməsi mümkün olmayan mənzərədir.

Biz hər dəfə bu ərazilərə gələrkən fərqli inkişaf etaplarını müşahidə edirik. Artıq Cəbrayıla, Zəngilana yollar çəkilib, artıq burada sakinlər var, inzibati binalar, iaşə obyektləri var, hər gün daha da yüksələn həyat şəraiti var, iş yerləri var.

Mən bir daha cənab Prezidentə təşəkkür etmək istəyirəm ki, bizə bu qələbələri, bu xoşbəxt günləri bəxş etdi.

Tanrı Azərbaycanımızı qorusun.

Tanrı müqəddəs şəhidlərimizə qəni-qəni rəhmət eləsin!”.

//Editor.az