Cəbrayılda minaya düşən şəxs Bakıya gətirildibackend

Cəbrayılda minaya düşən şəxs Bakıya gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayıl rayonu Mehdili kəndində baş verən mina partlayışı nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədəOxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.