Cəbrayılda mülki şəxs minaya düşdü – RƏSMİbackend

Cəbrayılda mülki şəxs minaya düşdü – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayonunda şəxsin minaya düşərək xəsarət alması ilə bağlı Cəbrayıl Rayon Prokurorluğuna gələn məlumat əsasında araşdırma aparılıb.

Bu barədə Oxu.Az-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alıb.

Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Loading...