Çeçenistan lideri Ramzan Kadırov komadadır?backend

Çeçenistan lideri Ramzan Kadırov komadadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov hansısa xəstəlik səbəbindən komaya düşüb.

Editor.az bildirir ki, bu barədə sentyabrın 15-də “Radikalnya” və “Realna Voyna | Ukrayna” Teleqram kanalları məlumat yayıb. Məlumatda deyilir: “Kadırov komadadır. Bu məlumat bütün Çeçenistanda yayılıb.

Amma hələ ki, rəsmi açıqlama yoxdur”, – yazılardan birində deyilir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Observer”ə şərhində deyib ki, “həqiqətən də Kadırovun vəziyyətinin ağır olması və xəstəliklərinin ağırlaşması ilə bağlı məlumatlar var”. Kəşfiyyatçı qeyd edib ki, Kadırovun vəziyyətinin ağır olması ilə bağlı məlumatlar tibbi və siyasi dairələrdə müxtəlif mənbələrdən gəlir.

“O, uzun müddətdir ki, xəstədir, söhbət onun sağlamlığının sistemli problemlərindən gedir. Amma son bir neçə gündə onun vəziyyəti ağırlaşıb”, – Yusov vurğulayıb. Jurnalist Yuliya Latınina ilə müsahibədə rusiyalı müxalifətçi, keçmiş FSB polkovniki Gennadi Qudkov bildirib ki, Kadırovun böyrəklərində ciddi problemlər var və o, guya nəticə verməyən əməliyyat keçirilib.

 //Samir Qurbanov, Editor.az