Çeçenistan liderinin müavinin evi raketlə vuruldubackend

Çeçenistan liderinin müavinin evi raketlə vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımın ruslar tərəfindən işğal olunmuş ərazisində Sakidə Rusiya Çeçenistan Respublikasının rəhbərliyinin üzvünə məxsus evdə partlayış baş verib.

Editor.az bildirir ki, bu barədə aprelin 25-də “Atəş” partizan hərəkatı öz agentlərinə istinadən Telegram vasitəsilə məlumat yayıb. “Bu gün səhər saatlarında Sakiyə raket atışı olub. Çeçenistan Respublikası rəhbərinin müavini Murad Səidovun evinə zərbə endirilib. PUA-nın qəzaya uğraması nəticəsində evin özünə və yaxınlıqda olan avtomobillərə ziyan dəyib”, – məlumatda deyilir.

Partizanlar vurğulayıblar ki, Ukrayna müdafiə qüvvələri mülki hədəflərə hücum etmir. “Belə olan halda, bu, Rusiya hava hücumundan müdafiə sisteminin səriştəsiz işinin növbəti nümunəsidir. Lakin bu, işğalçılar və onların əlaltıları üçün Ukrayna Krımdan qaçmağın vaxtının yetişdiyini yaxşı xatırladır”, – “Atəş” yazır.

İctimaiyyət Səidovun mülkiyyəti olduğu elan edilən qəzalı evin videosunu nümayiş etdirib.
Rusiya Müdafiə Nazirliyi bir gecədə Krım səmasında 59, daha sonra isə daha 6 pilotsuz təyyarəni vurduğunu iddia edib.

//Samir Qurbanov, Editor.az