Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, respublika qismən səfərbərlik çərçivəsində hərbi qulluqçuların cəlb edilməsi planını 1500% yerinə yetirib.
Editor.az bildirir ki, bu barədə o, dekabrın 13-də birbaşa xətt zamanı deyib “Son vaxtlar Rusiya Federasiyasının cəmiyyəti bizim tərəfimizdədir. Onlar başa düşdülər ki, biz Rusiya vətəndaşıyıq, vətənpərvərik. Səfərbərlik planını 1500 faiz yerinə yetirmişik.
Digər vilayətlər hələ də könüllülərin səfərbərliyini davam etdirirlərsə, biz artıq bunu etmişik” — o deyib. Çeçenistan rəhbəri vurğulayıb ki, hərbi xidmətə çağırılan insanlar Rusiya Müdafiə Nazirliyi və Milli Qvardiyanın komandanlığı altındadır və Rusiya Ordusunun Ali Baş Komandanı tərəfindən verilən tapşırıqları yerinə yetirirlər.
//Samir Qurbanov, Editor.az

