Çeçenistanda Şamil Basayev və Xəttabın dəstəsinin keçmiş üzvləri tutuldularbackend

Çeçenistanda Şamil Basayev və Xəttabın dəstəsinin keçmiş üzvləri tutuldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanda Şamil Basayev və Əmir Xəttabın dəstəsinin keçmiş üzvləri tutulublar.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 1999-cu ildə oktyabrın 4-də Çeçenistanın Şolkovskiy rayonunun Çervlennaya stansiyasında Şamil Basayev və Əmir Xəttabın dəstəsinin tərkibində 15 rusiyalı hərbçinin qətlində iştirak edən Aslanbek İdalov və Salambek İdalov saxlanılıblar.