Ceff Bezos sərvətini bir həftəyə 11 milyard dollar artırdıbackend

Ceff Bezos sərvətini bir həftəyə 11 milyard dollar artırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı milyarder Ceff Bezosun sərvəti “Amazon” şirkətinin baş direktoru vəzifəsindən getdikdən sonra təxminən 11 milyard dollar artıb.

Bu barədə “Forbes” jurnalı yazıb.

Belə ki, iyulun 5-də baş direktor postunu Endi Cessinin tutmasından sonra onun şirkətin səhmlərinin yüksəlməsi nəticəsində Bezosun sərvəti 10,6 milyard dollar artaraq 212,4 milyard dollara çatıb.