Cəlilabad polisi beş kiloqramdan çox narkotik vasitəni dövriyyədən çıxarıbbackend

Cəlilabad polisi beş kiloqramdan çox narkotik vasitəni dövriyyədən çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə beş kq-dan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb.

Üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 18 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq C.Şükürovun yaşadığı evə keçirilən baxış zamanı həyətindəki tövlədən polietilen torbada 5 kq 210 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.