Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ÖLDÜbackend

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az xəbər verir ki, hadisə Biləsuvar rayonunun Ovçubərə kəndi ərazisində yerləşən obada qeydə alınıb.

Belə ki, ilkin məlumata görə, Cəlilabad rayonunun Günəşli kənd sakini 1984-cü il təvəllüdlü Tofiq Allaverən oğlu Əliyev ata minmək istəyən zaman yıxılıb və ayağı üzəngiyə ilişib.

Daha sonra at onu sürüyüb. Nəticədə, T.Əliyev kəllə beyin travması alaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.