Cəlilabadda ağır qəzabackend

Cəlilabadda ağır qəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minik avtomobilinin qəzası ölümlə nəticələnib.

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində 1954-cü il təvəllüdlü Böyükxan İsrafil oğlu Xubalıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol inşaatı texnikası ilə toqquşub.

Nəticədə minik maşının sürücüsü və sərnişini, Yaxşıxanım Ağayeva vəfat edib. Toqquşma zamanı 1955-ci il təvəllüdlü Gülarə Əliyusif qızı Xubalıyeva, 1966-cı il təvəllüdlü Səadət Həsənağa qızı Muradova və 1983-cü il təvəllüdlü Kəmalə Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA